Cibin niyə göynəyir, soğan almısan?

Son günlər ölkədə soğanın qiymətində artım müşahidə edilir. Novruz bayramı ərəfəsində başlayan bu qiymət artımını vətəndaşlar ənənəvi olaraq sahibkarların “bayram bahalaşması oyunu” kimi dəyərləndirsə də, bayramdan sonra da qiymət artmaqda davam etdi. Nəticə olaraq bir ay əvvəl ən yaxşısını 50-60 qəpiyə aldığımız soğanın bu gün ən keyfiyyətsizini 1-1.2 manata alırıq. Ötən gün ərzində qiymətlərlə yerində maraqlanmaq üçün baş çəkdiyimiz “Kəndimiz”, “3-cü mikrorayon” bazarlarında və bir neçə marketdə soğanın qiymətinin 1.3-1.7 manat arasında dəyişdiyini müşahidə etdik. Hətta bir neçə yerdə daha yaxşı və təmiz soğanın kiloqramını iki manata satanlar da var idi. Bu qiymətə soğan alanın həm cibi, həm də gözü göynəyir. Bəs səbəb nədir, illik tələbat 156 min ton olduğu halda, istehsal 233 min tondursa qiymətlər niyə belə “od tutub yanır?”

Baş çəkdiyimiz bazarlarda satıcıların bəzisi bunu İrandan idxalın məhdudlaşdırılması, digərləri isə ixracın artması və anbarlarda kəskin azalma ilə əsaslandırdı.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bunun daha çox daxili amillərlə bağlı olduğunu qeyd etdi. Müsahibimiz bunun mart-aprel aylarında ənənəvi hal olduğunu qeyd etsə də, heç bir zaman bu qədər qiymət bahalaşmasının olmadığını vurğuladı: “Düzü, bu hal Azərbaycanda hər bayram ərəfəsində baş verir. Lakin birinci dəfədir ki, mən soğanın qiymətinin bu həddə çatdığını görürəm. Qiymət artımının müxtəlif səbəbləri var. Sadəcə diqqətlə analiz etmək lazımdır. Ölkəmizdə soğana olan illik tələbat 156 min tondur. 2018-ci ildə isə sahələrdən 233 min ton yığım olub. Amma 2017-ci ildə 207 min ton yığım olmuşdu. Yəni ötən il ölkədə 26 min ton çox soğan istehsal edilib. Yadınızdadırsa, 207 min ton yığım olan zaman belə soğanın qiyməti “cib yandırmırdı”. Göründüyü kimi, hər iki rəqəm illik tələbatdan kifayət qədər çoxdur.”

İran amilinə də toxunan ekspert bildirdi ki, ümumiyyətlə, bu ölkədən Azərbaycana idxal olunan soğan çox cüzidir və bunun qiymət artımına elə ciddi bir təsiri yoxdur. Məsələnin daha çox daxili amillərdən və ixracdan qaynaqlandığını iddia edən Nicat Nəsirli bildirdi ki, bir sıra problemlər də var ki, soğanda ciddi itkilərə gətirib çıxarır: “Əsas səbəblərdən biri də odur ki, biz bu qədər həcmi düzgün idarə edə bilmirik. Birinci növbədə həcmin böyük hissəsi yazlıq sortlardır. Əgər böyük hissə payızlıq sortlar olsaydı, təbii ki, onlar uzunmüddətli və davamlı olardı. İlin sonuna qədər saxlanar, nəticədə tələbat təmin olunardı. Digər səbəblərdən biri də ixracın düzgün aparılmamasıdır. Belə ki, bu ilin iki ayı ərzində Türkiyə və digər ölkələrə 7500 tona yaxın soğan ixrac olunub. Rəqəmləri araşdıranda məlum olur ki, daxili tələbatın aylıq 20-25 günlük ehtiyacı xaricə satılıb”.

Sahibkarların da yaranan vəziyyətdən sui-istifadə etdiyini xüsusi olaraq qeyd edən ekspert bildirdi ki, ən ciddi problemlərdən biri də odur ki, Azərbaycanda ixtisaslaşmış soğan saxlanc yerləri, xüsusiləşmiş anbarlar yoxdur: “Bunun üçün xüsusi avadanlıqlarla təchiz olunmuş anbarlar lazımdır. Biz görürük ki, adətən soğanı günlərlə, hətta aylarla piramida kimi sahəyə yığaraq müxtəlif ot, ələflə üzərini örtürlər. Bu zaman müxtəlif zərərvericilər formalaşır, torpaqda bakterial xəstəliklər yaranır. Onlar məhsula keçir, nəticədə xarab olan soğanın böyük hissəsi elə sahədəcə çürüyüb məhv olur. Bütün bu faktorlar həm əkin strukturunun düzgün qurulmaması, eyni zamanda, yüksək texnologiya ilə təmin olunmuş saxlanc yerlərinin olmaması ilə bağlıdır”.

Qiymət artımı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə ilə əlaqə saxlayıb onun məsələyə münasibətini öyrəndik. Kəskin qiymət artımını əsasən ixracın artması ilə izah edən müşavir bu ilin yaz mövsümündə Türkiyəyə soğan ixracının gözlənilməz şəkildə artdığını bildirdi: “Adətən Azərbaycandan yanvar-mart ayları ərzində 2-3 min ton soğan ixrac olunurdusa, bu ilin 2 ayı ərzində 7300 ton soğan ixrac edilib. Bu isə 6 dəfədən çox deməkdir. İxrac edilən 7300 ton soğanın 5900 tonu Türkiyəyə göndərilib ki, nəticədə daxili bazara bu formada təsir edib. Lakin bu hal çox davam etməyəcək, çünki tezliklə ölkədə faraş soğan istehsal olunacaq”.

Taleh Bağırov, “İki sahil” Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş

Bölmədən digər xəbərlər

Çinin neft nəhəngləri xərcləri 20% yüksəldir 
 04 aprel 2019 11:36

Beynəlxalq İnternet Günü: şəbəkənin inkişaf tarixi 
 04 aprel 2019 11:35

“Fitch”: Neft bundan baha ola bilməz 
 04 aprel 2019 11:26

Bakıda “Fitch”in illik konfransı keçirilir 
 04 aprel 2019 11:16

Türkiyə Sərgiyə “Türkiyə” ilə qatılır – FOTO 
 04 aprel 2019 11:14

Azərbaycana verilən reytinqlər daha yüksək ola bilərdi… 
 04 aprel 2019 11:08

Redaktorun seçimi

Prezident Denis Manturovu qəbul edib

Beynəlxalq İnternet Günü: şəbəkənin inkişaf tarixi

Ballı suyun faydaları – BİLİRSİNİZMİ?

Dünyanın ən məşhur muzeyləri hansılardır?

Olimpiadaların yarımfinal turunun nəticələri açıqlanıbƏN ÇOX OXUNANALAR

Dil öyrənməyin əlverişli metodları

Ən ziyanlı qidalar haqqında nələri bilmirik?..

Bahar yorğunluğu nədir?

Min bir dərdin dərmanı şüyüd…

“O olmasın, bu