Ceyranlı “QAZ-21”

Retro maşınların  böyük həvəskarı olan Mingəçevir sakini Akif Bəkirovun özünün 62, idarə etdiyi avtomobilin isə 51 yaşı var. O, illərdir arzusunda olduğu “QAZ-21”ə  5 min manat xərc çəkərək onu saz vəziyyətə gətirib. Akif Bəkirov Rusiya, Ukraniya və Gürcüstandan müxtəlif detallar gətirərək maşını tanınmaz hala salıb. Bütün detalları “Volqa”ya aid olan avtomobilin geniş salonu onu digər modellərdən fərqləndirir. Maraqlı məqam budur ki, “QAZ-21″in ən çox pul xərclənən detalının mühərriki deyil, ön hissədə olan “ceyran”dır.

Qorki  Avtomobil Zavodonun 51 il öncə istehsal etdiyi  “QAZ-21” Mingəçevir sakinləri ilə yanaşı, şəhərə gələn qonaqların da marağına səbəb olur. Kimisi yenilənmiş modeli toy karvanında görmək, kimisi isə onu almağa çalışır. Avtomobilə yüksək qiymət təklif edilsə də, sahibi onu satmayıb.

Esmira Hidayətova, Mingəçevir