Ceyhun Atayev: “Yeni filiallarımız fəaliyyətə başlayır”

790

Mingəçevirdə fəaliyyət göstərən “On May Kkursları” bu gün yeni tədris ilinə start verib. Bu münasibətlə kursun həyətində musiqili, əyləncəli tədbir düzənlənib.

 

Tədbiri giriş sözü ilə açan aparıcı Hüseyin Mustafa bildirib ki, öz naliyyətləri ilə uğurlara imza atan “On May Kursları” artıq fəaliyyətini genişləndirərək şəhərin digər yerlərində  – Az.DRES qəsəbəsi və şəhərin sağ sahilində də fəaliyyət göstərəcək.

Daha sonra kursun direktoru Ceyran xanım Sultanova,  burada fəaliyyət göstərən müəllimlər, eləcə də valideynlər çıxış ediblər. Onlar yeni tədris ilində şagirdlərə uğurlar arzulayıblar.

Mingəçevir Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri şən və maraqlı proqramları ilə tədbir iştirakçılarında daha xoş ovqat yaradıblar.

Kursun təşkilatı işlər üzrə rəhbəri Ceyhun Atayev bizimlə söbhətində bildirib ki, artıq 6 ildir ki, “On May Kursları” Mingəçevirdə fəaliyyət göstərir. Onun sözlərinə görə,  bu müddətdə kurs bir sıra nailiyyətlərə imza atıb: ”Keyfiyyətli təhsil əldə etmək üçün bizdə hər cür şərait var. Təbii ki, bu da aparılan düzgün təbliğatın və günün tələbləri ilə uzlaşan təhsilimizin nəticəsidir. Onu da deyim ki, 2016-cı ilin sentyabr ayından kursumuza Ceyran xanım Sultanova rəhbər təyin olunub. Kursumuzda müxtəlif hazırlıq qrupları (ibtidai sinif, məktəbəqədər, abituriyent, dövlət qulluğu, YÖS (məntiq və riyaziyyat), xarici dil,alman, fransiz, fars, rus dilləri, kompyuter, həmçinin V-VIII sinif hazırlığı) fəaliyyət göstərir. Kursumuzda magistratura hazırlığı və şəhərdə ilk və yeganə olaraq dövlət qulluğuna hazırlıq da fəaliyyətə başlayıb. Bu il magistraturaya və dövlət qulluğuna qəbullarda 90 faiz nəticə əldə olunub. Bu il  kursumuzu başa vurmuş  abituriyentlər  ölkəmizin müxtəlif ali məktəblərə qəbul olunublar”.

O daha sonra deyib: ”Ötən ildən biz şəhərdə kütləvi şəkildə sınaq imtahanlarına başladıq. Bu da kifayət qədər uğurla həyata keçirildi. Demək olar ki, sayca daha çox şagird bu sınaqlara dəvət edə bildik. Fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Artıq şəhərin Az.DRES qəsəbəsində və sağ sahil qəsəbəsində filiallarımız fəaliyyətə başlayacaq”.

Esmira Hidayətova, Mingəçevir