Çexiya millisi Bakıdadır

0
276

Çexiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün Bakıya gəlib. alpaninfo.com “Report”un məlumatına əsasən bildirir ki, heyətdə soyuqdəymədən əziyyət çəkən və hələ də millinin heyətində məşq etməyən Yakub Yankto da yer alıb.

Baş məşqçi Karel Yarolim bildirib ki, İtaliya “Udineze”sinin yarımmüdafiəçisi hazırda qrip xəstəsidir. O, Yanktonun vəziyyətinə baxacaqlarını, qalan oyunçuların isə qaydasında olduğunu vurğulayıb.

21 yaşlı oyunçu isə artıq özünü yaxşı hiss etdiyini və Bakıdakı məşqə qatıla biləcəyini söyləyib. O, Azərbaycanla görüşə hazır olacağını dilə gətirib.

Çexiya və Azərbaycan milliləri DÇ-2018-ə vəsiqə şanslarını itiriblər. Bununla belə, Yarolim əvvəlki qaydada oynamalarının gərəkliyini deyib: “Hər dəfə futbolçulara xatırlatmağa çalışırıq ki, final mərhələsinə vəsiqə şansları itsə belə, oynamaq lazımdır. Bu, yoldaşlıq görüşü də ola bilər. Amma hər halda yoldaşlıq görüşləri də reytinq toplamaq baxımından vacibdir”.

Qeyd edək ki, bu gün Çexiya millisi iki məşqə çıxacaq. Səhər məşqində taktiki-texniki hazırlıq, axşam isə Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşq nəzərdə tutulub.

Oktyabrın 5-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. 8 turdan sonra Azərbaycanın 10, Çexiyanın 9 xalı var.