Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. İlk oyun günündə 3 görüş keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edəcək.
Portuqaliyada “Benfika” Yunanıstan PAOK-u ilə üz-üzə gələcəyi halda, Serbiyada “Srvena Zvezda” Avstriyanın “Zalsburq” kollektivi ilə qarşılaşacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
23:00. BATE (Belarus) – PSV (Hollandiya)
23:00. “Benfika” (Portuqaliya) – PAOK (Yunanıstan)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Zalsburq” (Avstriya)
(Report)