Yarımfinalçılar bəlli oldu

0
397

Bu gün Çempionlar Liqasında mövsümün son püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və final mərhələlərinin püşkü atılıb. Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Aprelin 26-27-də ilk, mayın 3-4-də cavab matçları keçiriləcək mərhələdə “Mançester Siti” “Real”la, “Atletiko” isə “Bavariya” ilə qarşılaşacaq.Ardınca mayın 28-də, İtaliyanın Milan şəhərində baş tutacaq finalın nominal meydan sahibi müəyyənləşib. Bu, “Mançester Siti” – “Real” cütünün qalibi olacaq.

Yarımfinal
26-27 aprel/3-4 may

1. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
2. “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)

Final
28 may, Milan
1-ci cütün qalibi – 2-ci cütün qalibi

 

Bu gün Avropa Liqasında 2015/16 mövsümünün sonuncu püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və finalın püşkü atılıb.

 

Mübarizəni davam etdirən 4 klub öncə iki cütlük təşkil edib. Aprelin 28-də ilk, mayın 5-də cavab qarşılaşmaları baş tutacaq mərhələdə “Şaxtyor” “Sevilya” ilə, “Vilyareal” isə “Liverpul”la üz-üzə gələcək.

 

Tədbirdə final oyununun da püşkü atılıb. İsveçrənin Bazel şəhərində baş tutacaq həlledici görüşün nominal meydan sahibi bəlli olub.

 

Yarımfinal

28 aprel/5 may

“Şaxtyor” (Ukrayna) – “Sevilya” (İspaniya)

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə)

 

Final

18 may

2 cütün qalibi – 1 cütün qalibi