Çempionlar Liqasında V tura yekun vurulub. A, B, C və D qruplarında növbəti matçlar baş tutub. A qrupunda növbəti mərhələyə vəsiqəni ötən turda təmin edən “Arsenal”la PSJ Londonda üz-üzə gəliblər. Görüş bərabərliklə başa çatıb – 2:2. “Ludoqorets”lə “Bazel” də eyni nəticəyə razılaşıblar. Ancaq bu oyunda qol olmayıb.
B qrupunda autsayder “Dinamo”nu (Kiyev) qəbul edən “Napoli” ukraynalıların müqavimətini qıra bilməyib – 0:0. “Beşiktaş”la “Benfika”nın mübarizəsi isə möhtəşəm olub. “Qartallar”ın 0:3 hesabı ilə geri düşdükləri oyunu 3:3 hesablı bərabərliklə yekunlaşdıra biliblər. Bu nəticə ilə Şenol Günəşin yetirmələri qrupdan çıxmaq şanslarını son tura saxlayıblar.
C qrupunda hər şeyə bu turda aydınlıq gəlib. “Mançester Siti” Mönhenqladbaxda “Borussiya” ilə heç-heçə oynayıb, “Barselona” isə “Seltik”ə səfər görüşündə qalib gələrək növbəti mərhələni təmin ediblər.
D qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən “Atletiko” ilə “Bavariya” autsayderlərlərlə qarşılaşıblar. Gözlənilmədən “Rostov”a uduzan “Bavariya” liderliyi PSV-yə qalib gələn “Atletiko”ya təhvil verib.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
23 noyabr
A qrupu
“Arsenal” (İngiltərə) – PSJ (Fransa) – 2:2
Qollar: Jiru, 45 (pen.), Veratti, 60 (öz qapısına) – Kavani, 18, Moura, 77
“Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə) – 0:0
1. | Arsenal | 5 | 3 | 2 | 0 | 14:5 | 11 |
2. | PSJ | 5 | 3 | 2 | 0 | 11:5 | 11 |
3. | Bazel | 5 | 0 | 2 | 3 | 2:8 | 2 |
4. | Ludoqorets | 5 | 0 | 2 | 3 | 4:13 | 2 |
B qrupu
“Beşiktaş” (Türkiyə) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: Cenk Tosun, 58, Quaresma, 82 (pen.), Abubakar, 89 – Quedeş, 10, Semedo, 25, Feysa, 31
“Napoli” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) – 0:0
1. | Napoli | 5 | 2 | 2 | 1 | 9:7 | 8 |
2. | Benfika | 5 | 2 | 2 | 1 | 9:8 | 8 |
3. | Beşiktaş | 5 | 1 | 4 | 0 | 9:8 | 7 |
4. | Dinamo | 5 | 0 | 2 | 3 | 2:6 | 2 |
C qrupu
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Qollar: Raffael, 23 – David Silva, 45
“Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya) – 0:2
Qollar: Messi, 24, 55
1. | Barselona | 5 | 4 | 0 | 1 | 16:4 | 12 |
2. | Mançester Siti | 5 | 2 | 2 | 1 | 11:9 | 8 |
3. | Borussiya M. | 5 | 1 | 2 | 2 | 5:8 | 5 |
4. | Seltik | 5 | 0 | 2 | 3 | 4:15 | 2 |
D qrupu
“Rostov” (Rusiya) – “Bavariya (Almaniya) – 3:2
Qollar: Azmun, 44, Poloz, 50, Noboa, 67 – Duqlas Kosta, 36, Bernat, 52
“Atletiko” (İspaniya) – PSV (Hollandiya) – 2:0
Qollar: Qameyro, 55, Qrizman, 66
1. | Atletiko | 5 | 5 | 0 | 0 | 7:1 | 15 |
2. | Bavariya | 5 | 3 | 0 | 2 | 13:6 | 9 |
3. | Rostov | 5 | 1 | 1 | 3 | 6:12 | 4 |
4. | PSV | 5 | 0 | 1 | 4 | 4:11 | 1 |