Çempionlar Liqasında V tura start verilir

464

Bu gün Çempionlar Liqasında V tura start veriləcək. “apasport”un məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.

 

Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdi.

 

İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun “Sevilya” – “Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi “Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.

 

F qrupunda “Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi “Napoli”yə uduzmamalıdı. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.

 

G qrupunda “Beşiktaş”la “Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün “Leypsiq” də xal itirməlidi. Belə nəticələr qeydə alınsa, elə “Porto” da xoşbəxtlər arasına qoşulacaq.

 

“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidi. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün “Borussiya” da xal itirməlidi.

 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

 

E qrupu

21:00. “Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)

23:45. “Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)

 

1. Liverpul 4 2 2 0 13-3 8
2. Sevilya 4 2 1 1 8-8 7
3. Spartak 4 1 2 1 8-5 5
4. Maribor 4 0 1 3 1-14 1

 

F qrupu

23:45. “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Hollandiya)

23:45. “Napoli” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

 

1. Mançester Siti 4 4 0 0 12-3 12
2. Şaxtyor 4 3 0 1 7-5 9
3. Napoli 4 1 0 3 7-9 3
4. Feyenord 4 0 0 4 3-12 0

 

G qrupu

21:00. “Beşiktaş” (Türkiyə) – “Porto” (Portuqaliya)

23:45. “Monako” (Fransa) – “Leypsiq” (Almaniya)

 

1. Beşiktaş 4 3 1 0 8-3 10
2. Porto 4 2 0 2 9-7 6
3. Leypziq 4 1 1 2 5-8 4
4. Monako 4 0 2 2 3-7 2

 

H qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə)

23:45. APOEL (Kipr) – “Real” (İspaniya)

 

1. Tottenhem 4 3 1 0 10-3 10
2. Real Madrid 4 2 1 1 8-5 7
3. Borussiya Dortmund 4 0 2 2 4-8 2
4. APOEL 4 0 2 2 2-8 2