Çempionlar Liqası: “A”, “B”, “C” və “D” qruplarında nələr oldu?.

563

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu VI tura start verilib.Birinci gündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz qarşılaşma keçirilib.

“A” qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa) onaltıdabir final mərhələsinə, “Ludoqorets” (Bolqarıstan) isə Avropa Liqasına vəsiqə qazanıb.

“B” qrupunda “Napoli” (İtaliya) və “Benfika” (Portuqaliya) mərhələyə adlamağı bacarıb. Kiyevdə gözlənilmədən böyük hesabla yerli “Dinamo” komandasına məğlub olan Türkiyənin “Beşiktaş” klubu mübarizəni Avropa Liqasında davam etdirəcək.

“C” qrupunda isə “Barselona” (İspaniya) və “Mançester Siti” (İngiltərə) növbəti mərhələyə yüksəlib. Qrupda 3-cü olan Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu yoluna Avropa Liqasında davam edəcək.

“D” qrupunda “Atletiko” (İspaniya) və “Bavariya” (Münhen) nüfuzlu turnirin növbəti mərhələsində təmsil olunacaq. Rostov (Rusiya) Avropa Liqasında iştirak hüququ qazanıb.

Matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

6 dekabr

A qrupu

“Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə) – 1:4

Qollar: Dumbia, 78 – Perez, 8, 16, 47, İvobi, 54

Baş hakim: Manuel de Souza (Portuqaliya)

PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan) – 2:2

Qollar: Kavani, 61, Di Mariya, 90+2 – Mijican, 15, Vanderson, 69

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

1. Arsenal 6 4 2 0 18:6 14
2. PSJ 6 3 3 0 13:7 12
3. Ludoqorets 6 0 3 3 6:15 3
4. Bazel 6 0 2 4 3:12 2

B qrupu

“Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya) – 1:2

Qollar: Ximenez, 87 – Kaleyxon, 60, Mertens, 79

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

“Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə) – 6:0

Qırmızı vərəqələr: Bek, 29, Abubakar, 56 (“Beşiktaş”)

Qollar: Besedin, 9, Yarmolenko, 31 (pen.), Buyalski, 33, Qonzales, 45+3, Sidorçuk, 60, Moraeş, 77

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

1. Napoli 6 3 2 1 11:8 11
2. Benfika 6 2 2 2 10:10 8
3. Beşiktaş 6 1 4 1 9:14 7
4. Dinamo Kiyev 6 1 2 3 8:6 5

C qrupu

“Barselona” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 4:0

Qollar: Messi, 16, Arda, 50, 53, 67

Baş hakim: Sergey Karasyov (Rusiya)

“Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya) – 1:1

Qollar: İhenaço, 8 – Roberts, 4

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

1. Barselona 6 5 0 1 20:4 15
2. Mançester Siti 6 2 3 1 12:10 9
3. Borussiya M. 6 1 2 3 5:12 5
4. Seltik 6 0 3 3 5:16 3

D qrupu

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) – 1:0

Qol: Levandovski, 28

Baş hakim: Klemen Turpin (Fransa)

PSV (Hollandiya) – “Rostov” (Rusiya) – 0:0

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

1. Atletiko 6 5 0 1 7:2 15
2. Bavariya 6 4 0 2 14:6 12
3. Rostov 6 1 2 3 6:12 5
4. PSV 6 0 2 4 4:11 2