“Çempionatlarda nə qədər klub çox olsa o qədərdə yaxşı olar”

678
Birinci Divizionda 15 oyuna 28 xal toplayaraq turnir cədvəlinin yeddinci pilləsində qərarlaşan “Zirə”, ikinci dövrədə daha iddialı olmaq istəyir.
 Bunun üçün komandaya çox sayda yeni futbolçular cəlb olundu. Birinci dəstənin bombardiri İranlı legioner Morteza Heydəri “Şuşa”nı tərk edərək “Zirə” ilə müqavilə bağladı. “Sumqayıt” klubunun və U-21 millisinin qapıçısı Tərlan Əhməli də Bakının Zirə qəsəbəsini  təmsil edən eyniadlı komandaya transfer olundu. Artıq birinci dəstədə də fasilə bitdi. Birinci divizionun ikinci dövrəsinin ilk oyununda “Zirə”ni “Qardağ Lökbatan” komandasıyla çətin oyuna gözləyir. Bu oyuna birinci divizionun 16-cı turunun mərkəzi qarşılaşması desək yəgin ki, yanılmarıq. Bu çətin sınaq öncəsi “Zirə” klubunun  baş məşqçisi Bəhram Şahquliyevlə əlaqə əlaqə saxladıq.

– Birinci dəstənin ilk dövrəsində “Qaradağ Lökbatan” komandası ilə 1:1 hesabı ilə heç-heçə etdiniz. Bu oyunda 1:0 hesabı ilə irəlidə olsanız da son dəqiqələrdə qapınızda top gördünüz. İndi yenidən bu komandayla qarşılaşacaqsınız, bu oyundan nələri gözləyirsiniz?

– Həm bizim həm də  rəqib komanda da qış fasiləsi dövründə köklü dəyişikliklər olub. Bizim komanda da futbolçuların 80 faizi dəyişilib. Rəqib “Qardağ Lökbatan”da isə baş məşqçi dəyişilib. Hər yeni gələn baş məşqçi isə öz oyunj üslubunu gətirir. Buna görədə Lökbatan təmsilçisi bizim üçün qara qutudur. Əfqan Talıbov bu “Qaradağ Lökbatan” komandasına baş məşqçi təyin olunduqdan sonra biz onların oyunlarını görməmişik. Ancaq əvvəlcədən onu deyə bilərəm ki, oyun çox maraqlı keçəcək.

– İndiki “Zirə” birinci dövrədki “Zirə”dən nə ilə fərqlənir?

– Birinci dövrəyə baxanda bizim klub heyətini daha çox gücləndirib. İndi komandaya daha səviyyəli futbolçular cəlb etmişik. Bizim komanda yeni yarandı və biz klubumuza futbolçuları cəlb etmək istəyəndə artıq onlar başqa  komandalarla müqavilələri var idi. Biz məcburiyyət qarşısında qalaraq, çöldə qalan, başqa klubların istəmədiyi futbolçuları komandamıza gətirdik. Istədiyimiz futbolçuları “Zirə”yə gətirə transfer edə bilmədik. İndi isə qış transfer dönəmindən istifadə edib heyətimizi gücləndirdik. Mən deyədim ki, böyük ölçüdə biz problemlərimizi aradan qaldırmışıq.

– Birinci dəstədə iki aydan çox fasilə oldu. “Zirə” klubu bu fasilədən necə yararlandı? Təlim-məşq toplanışlarınız necə keçdi?

– Rəhbərlik bizim təlim keçməyimiz üçün əla şərait yaratmışdı. Bakı şəhərində iki dəfə hazırlıq keçdik. Futbolçularımız ikinci dövrəyə yaxşı hazırlaşdı. Ancaq bu müddət bizim üçün azdır. Ona görə ki, “Zirə”nin heyətinin 80 faizi dəyişilib. Futbolçuların birbirinə uyğunlaşması üçün isə ən azı 4-5 ay vaxt lazımdı. Biz 5 ayın işini iki aya sıxışdırmaq istəyirik. Bu yöndən bir balaca çətinliklərimiz var.

– Komandanıza  cəlb etdiyiniz futbolçuların adlarını çəkə bilərsiniz?

– Hücumçular Morteza Heydəri (Şuşa), Berso Çinakadze, qapıçılardan Tərlan Əhmədli (Sumqayıt), Ələkbər, futbolçularan Tanrıverdi Məhərrəmli, Tural Rzayev hər ikisi (Ağsu), Toğrul Billalı (Əsgərlikdən qayıtdı), müdafiəçilər Ramaz və Muradı (Qəbələ) heyətimizə cəlb etdik.

– Komandanıza iki yeni qapıçı transfer etmisiniz. Əsas heyət qapıçısı kim olacaq Tərlan yoxsa Ələkbər?

– Siz də bilirsiniz ki, Tərlan Əhmədli U-21 millisinin qapıçısıdır. Bu qapıçı toplanışlarda özünü yaxşı tərəfdən göstərdi. Mən belə düşünürəm ki, əsas qolkiperimiz Tərlan Əhmədli olacaqdır.

– Yəqin ki, xəbəriniz var birinci dəstənin “Lokomotiv” komandası çempionatda iştirakını daynadırdı. Artıq bu haqda AFFA-nın İntizam Komitəsi rəsmi məlumat verib.  Bu halı ölkə futbolu üçün nə qədər ziyanlıdır?

– Xeyir bu haqda məlumatım yox idi. Sizdən eşitdim bu xəbəri. Hər hansı bir klubun çempionatdan çəkliməsi çox pis haldır. Belə olan halda həm orada oynayan futbolçular həm də çalışan məşqçilər və digər personal əziyyət çəkir. Çempionatlarda nə qədər klub çox olsa o qədərdə yaxşı olar. Komandalar çox olsa həm də Azərbaycan yığma komandası üçün də yaxşı olar. İndi biz yaxşı futbolçu tapmağa çətinlik çəkirik. Ancaq klublar çox olsa ölkədə futbol inkişaf edər. yenə də deyirəm hansısa bir klubun çempionatdan imtinası çox pis haldır.

– PFL-nin prezidenti bu yaxınlarda mətbuata açıqlamasında, Topaz Premyer Liqasında klubların sayının artırılmasının tərəfdarı olduğunu bildirmişdi. Belə olan halda isə “Zirə” üçün yaxşı şans yaranır.

– Biz ancaq öz işimizlə məşğuluq. Gələcəkdə nə olacağını isə zaman göstərəcək. “Zirə” öz oyununu Premyer Liqa səviyyəsində oynmağa çalışır. Komandanın performansını oyundan oyuna artırmaq istəyirik. Bizim işimiz maksimum dərəcədə yaxşı futbol oynamaqdır. O ki, qaldı Topaz Premyer Liqasına bu bizim rəhbərlikdən asılı olacaq. Onlar bizim elitada oynmağımızı isətəsələr biz də oyayacağıq. Əgər istəməsələr biz yenə də birinci dəstədə mübarizə aparacağıq. Ancaq mənim şəxsi fikrimcə hazırda Topaz Premyer Liqasında klub sayı çox azdır. Azərbacan futbolunun elit çempionatındsa nə qədər klub çox olsa bir o qədər yaxşıdır.

Əsgər Hüseynov