Çempionat kürəsiz qala bilər

408
Braziliyanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatından yeni xəbər var. Çempionatın açılış mərasimində istifadə edilən LED işıqlı nəhəng kürə təşkilatçıların əlindən alına bilər. Bunu kürəni hazırlayan belçikalı şirkət açıqlayıb. Şirkət rəsmisinin sözlərinə görə. çempionatın təşkilatçıları hələ də ödəməli olduqları 250 min avroluq məbləği şirkətin hesabına köçürməyiblər.
Qeyd edək ki, çempionatın açılış mərasimində məşhur müğənnilər Klaudia Leitte, Pitbul və Cennifer Lopez həmin bu kürənin üzərində çıxış etmişdilər. 7 metr hündürlüyə sahib kürənin ümumi sahəsi 160 kv.metrdir. Onu deyək ki, çempionatın təşkilatçıları sözügedən kürəni iyulun 13-ü “Marakana” stadionunda baş tutacaq çempionatın bağlanma mərasimində də istifadə etməyi planlaşdırırdı.