Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirib. Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb. Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan “Qarabağ” I turda Londonun məşhur “Stemford Bric” stadionunda “Çelsi” ilə üz-üzə gəlib. Görüş Antonio Kontenin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:0.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, C qrupu
12 sentyabr
“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) – 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
London. “Stemford Bric” stadionu
“Çelsi”: 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta
Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz
Baş məşqçi: Antonio Konte
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
https://www.youtube.com/watch?v=rcbVOEgfd2Q