Ceki Çan “Oskar” aldı

461

Məşhur aktyor Ceki Çan kino sənətinə verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb.
Bu barədə Amerika Kino Sənəti Akademiyasından məlumat verilib.
Təntənəli mükafatlandırma mərasimi şənbə günü Los-Ancelesdə keçirilib.
“200 filmdən, qırılan sümüklərdən sonra, nəhayət ki, o (“Oskar”) mənimdir”, – deyə 62 yaşlı aktyor mərasimdə çıxışı zamanı bildirib.
Ceki Çan 100-dən çox filmdə baş rolda çəkilib. O, təkcə aktyor yox, həm də rejissor, prodüser, ssenarist və müğənnidir.