Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub

300

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub. Dağılan körpü 2017-ci ildə kənd sakinləri tərəfindən uzunluğu 12, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.