Cavad Heyət  dünyasını dəyişib

Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru Cavad Heyət avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

 

Cavad Heyət bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə müalicə olunurdu.
Qeyd edək ki,CavadHeyət 1925-ciilmayın 24-də Təbrizdə anadanolub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun “Heyət” adı ilə tanınmışdır. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.

Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almış, daha sonra tibb təhsilinə başlamış, ancaq üçüncu sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanmışdır. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris universitetində davam etdirmişdir. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmışdır. 40 ildən artıqdır ki, Tehran Universitetində calışır. İranda ilk dəfə açıq ürək əməliyyatı (koronar şuntlama) gerçəkləşdirmişdir. Bu və digər uğurlarına görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilmişdir. O, 12 il ərzində “Daneşe pezeşki”(Tibb Elmi) adlı jurnal dərc etdirmiş və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid uç kitabın müəllifi olmuşdur. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Tehranda Varlıq (jurnal)ını təsisçi kimi nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildl kitabın müəllifidir. Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur (həm tibb, həm də türkologiya sahəsi üzrə).

O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilir.

Allah rəhmət eləsin.