Canni De Byazi: Kifayət qədər balanslı qrupda mübarizə aparacağıq

470

Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq.

Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün püşkatma mərasimini dəyərləndirərkən deyib.

“Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni fikir söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda uğur qazana bilərik”, – deyə Canni De Byazi əlavə edib.

 

Qeyd edək ki, dekabrın 16-da futbol üzrə UEFA Millətlər Liqasında 2022-2023-cü il mövsümünün püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən və COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib.

A Liqası

1-ci qrup

Fransa

Danimarka

Xorvatiya

Avstriya

2-ci qrup

İspaniya

Portuqaliya

İsveçrə

Çexiya

3-cü qrup

İtaliya

Almaniya

İngiltərə

Macarıstan

4-cü qrup

Belçika

Niderland

Polşa

Uels

B Liqası

1-ci qrup

Ukrayna

Şotlandiya

İrlandiya

Ermənistan

2-ci qrup

İslandiya

Rusiya

İsrail

Albaniya

3-cü qrup

Bosniya və Herseqovina

Finlandiya

Rumıniya

Monteneqro

4-cü qrup

İsveç

Norveç

Serbiya

Sloveniya

C Liqası

1-ci qrup

Türkiyə

Lüksemburq

Litva

Farer adaları

2-ci qrup

Şimali İrlandiya

Yunanıstan

Kosovo

Kipr – Estoniya cütünün qalibi

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan – Moldova cütünün qalibi

4-cü qrup

Bolqarıstan

Şimali Makedoniya

Gürcüstan

Cəbəllütariq

D Liqası

1-ci qrup

Andorra

Latviya

Qazaxıstan – Moldova cütünün məğlubu

Lixtenşteyn

2-ci qrup

San-Marino

Kipr – Estoniya cütünün məğlubu

Malta

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.