“Cəza”nın premyerası keçirilib

0
291

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası keçirilib. Psixoloji oyun dramında rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edib.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Dərin psixoloji yaşantıları əks etdirən monotamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Tamaşa maraqla qarşılanıb.