BVF Azərbaycanda işsizliklə bağlı proqnozunu açıqlayıb

48

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu açıqlayıb.

Bu barədə Fondun “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayında bildirilib. Sənədə əsasən, 2022-ci il üzrə Azərbaycanda işsizlik 5,9%, 2023-cü ildə isə 5,8% proqnozlaşdırılıb. Qeyd edək ki, bu, BVF-nin aprel proqnozu ilə eynidir.

Qeyd edək ki, bundan əvvəl “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 5,0%, 2023-cü ildə isə 4,9% təşkil edəcəyini proqnozlaşdırıb.