Bütün bunlar sənin zəfərindir, ey Azərbaycan əsgəri!

0
190

 Mingəçevir Dövlət Universiteti, Gənclər və İdman İdarəsi, eləcə də Gənclər evi Mingəçevir “Asan xidmət”mərkəzinin “Əsgərə məktub” layihəsinə qoşulub.

Qurum əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov mövzu ilə bağlı saytımıza bildirdi ki, ”Asan xidmət”in “Əsgərə məktub “layihəsinə qoşulmaq hər bir Azərbaycan vətəndaşı kimi mənə də qismət oldu və mən bununla qürur duyuram: ”Məlum olduğu kimi, bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgəri işğal altındakı ərazilərimizi mənfur ermənilərdən azad etməklə müstəqil Azərbaycanın şanlı tarixini yazır. 30 ilə yaxın  müddətdə həsrətində olduğumuz qələbəni hər birimiz məhz Azərbaycan əsgərinin sayəsində dadırıq.  

Bu məktubu yazarkən cənab Prezidentimizdən növbəti şad xəbəri, yəni Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad edilməsi eşitdim. Elə məktubda da bu təəssürratlarımdan da söz açdım. Bildirdim ki, bütün bunlar sənin zəfərindir, ey Azərbaycan əsgəri! Biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız düşmənlərdən tamamilə azad olunacaq”.

Layihəyə qoşulan digər əməkdaşlar da   Silahlı Qüvvələrimizin qürur mənbəyi olduğunu söylədilər.  

Qeyd edək ki, Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdırırlar.

Esmira Hidayətova, Mingəçevir