“Burda bezdiyim yeganə şey…”

409

“Qarabağ”ın braziliyalı futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib. Milliləşdirilmiş futbolçu ilk olaraq elə bu mövzu haqda danışıb: “Mən Azərbaycan millisinin heyətində debüt oyunumu Şimali İrlandiyaya qarşı keçirdim. Həmin oyunda biz uduzduq. Bununla belə, özümü çox yaxşı hiss edirdim. Çünki istər klubda, istərsə də millidə hər zaman mənə hörmətlə yanaşırlar. Azərbaycanda tək maddi qazancıma görə xoşbəxt deyiləm. Orda hər şey ürəyimcədir. Mənim və ailəmin rahatçılığı üçün hər şey edirlər. İnsanlar da gəlmələrə hörmət və kömək edir”.

Almeyda Almaniyaya 1:5-lik məğlubiyyət haqda da danışıb: “Bu, mənim arzum idi. Mən uşaqlara dedim ki, biz Almaniyadan 5 top buraxdıq, Braziliya 7-ni buraxıb. Bir sözlə, biz qalibik(gülür)”.

Braziliyalı “Qarabağ”dakı çıxışlarına da toxunub: “Burda mənim Çempionlar Liqasında “Real”, “Çelsi” kimi komandalara qarşı oynamaq imkanım var. Hansı ki, uşaqlıqda mənə yuxu kimi gəlirdi. İlk vaxtlar dil baryeri ən böyük çətinlik idi. Çünki ingilis dilində danışa bilmirdim. Tərcüməçim də yox idi. Ancaq “google translate”dən istifadə edirdim. Amma uyğunlaşma prosesi sürətli keçdi. Azərbaycanda gəlmə oyunçuların özlərini evdəki kimi hiss etməsi üçün kömək edirlər və bu işi görməyi çox sevirlər. Futbolun dili yoxdur. Meydançaya çıxmalı və mümkün olan hər şeyi etməlisən. Burda bezdiyim yeganə şey həddindən çox qoyun əti yeyilməsidir”. rekord.az