Bunları bilirsinizmi?

489

Həyatımızda yer alan bir çox şeyin fərqində deyilik. Onlara mahiyyətini görmədən baxmağa alışmışıq. Məsələn, yer üzünün heç bir canlısı günəşsiz yaşaya bilməz. Bəs hansı birimiz onun gücündən xəbərdarıq? Həyatımız boyu yediyimiz yeməklərin çəkisi hesablansa, nəyə bərabər olar? Bir gün ərzində yaşadığımız hadisələrin neçə faizi yaddaşa çevrilir? Və ya qulaqcıq nəyi artırır? Ən qısa dövlət himni hansı ölkəyə məxsusdur? Bu və ya digər maraqlı və bir çoxlarımızın bilmədiyi məlumatları sizə təqdim edirik.

– Şəkər xəstələri ən çox turş almanı sevirlər.

– Türkiyədə orta hesabla ildə 4 min azarkeş futbol izləyərkən infarkt keçirir.

– Uşaqlarda hissləri oxumaq qabiliyyəti o qədər güclüdür ki, alimlər bunu insanın ağlını oxumağa bərabər sayırlar.

– Çində “4” rəqəmi uğursuz hesab olunduğundan çox istifadə olunmur. Hətta bina evlərinin 4-cü mərtəbəsində yerləşən evlər digərləri ilə müqayisədə daha ucuz qiymətə satılır.

– Araşdırmalar nəticəsində insan gözünün 526 meqapiksel olduğu məlum olub. Əgər bu ölçülərə uyğun fotoaparat hazırlansaydı, çəkilən şəklin ölçüsü 2,5 giqabayt olardı.

– Günəşin bir saniyədə yaratdığı enerji 100 milyard atom bombasının enerjisindən daha böyükdür.

– ABŞ-da siçan tutmaq üçün lisenziya tələb olunur.

– Orta hesabla bir qadında 4,5 litr, kişidə isə 5,6 litr qan mövcuddur.

– Erkək bayquşlar dişi bayquşlar yatarkən tarazlıqları pozulub yıxılmamaları üçün onlara söykənərək dəstək olurlar.

– Mütəxəssislər hesab edirlər ki, fasiləsiz 8 saat yatmaq əvəzinə iki dəfə 4 saat yatmaq daha faydalıdır.

– İnsanların ömrü boyu yedikləri yeməklərin ağırlığı altı ədəd filin ağırlığına bərabərdir.

– Tarakan başı qoparılmış halda 9 gün yaşaya bilir.

– İnsan gün ərzində yaşadığı hadisələrin yalnız 7%-ni xatırlaya bilir.

– Qədim Romada şüşədən hazırlanmış qablar qızıl və gümüşdən hazırlanan qabdan daha dəyərli hesab olunub.

– Dünyanın ən gənc universitet tələbəsi 11 yaşındakı Ganesh Sittampalamdır.

– Paraqvay dünyanın ən çox yağış yağan bölgəsidir. Demək olar ki, burada yağış ara vermir.

– Günəş dünyadan 330 min 330 dəfə böyükdür.

– Köstəbək bir gecədə 90 metr tunel qaza bilir.

– Çində ingiliscə danışanların sayı ABŞ-dakı insan sayından çoxdur.

– İnsan bədənindəki bütün damarları uc-uca birləşdirilsə 19 min 200 metrə bərabər olar.

– Soyuducuda bir fincan isti su soyuq sudan daha tez donur.

– Səudiyyə Ərəbistanında bir qadın həyat yoldaşına qəhvə hazırlamırsa, bu boşanmağa səbəb olur.

– Köpək balığı 100 milyon damla okean suyunun içində bir damla insan qanını hiss edir.

– Hər bir insanın barmaq izləri kimi dilinin izləri də fərqlidir.

– İnsanın ayaq başbarmağında iki sümük, digər 4 barmağında isə 3 sümük mövcuddur.

– Pinqvinlər təhlükə hiss etdikləri zaman özlərini ölülüyə vururlar.

– Yeni doğulan körpələrin gözyaşı olmur. Bu onlarda yeddinci həftədən sonra ifraz olunmağa başlayır.

– Bir saat ərzində qulaqcıqla nə isə dinləmək qulaqdakı bakteriya sayının 7 dəfə artmasına səbəb olur.

– Dünyada ən uzun dövlət himni Yunanıstanın, ən qısası isə Yaponiyanındır.

– Orqanizm yağlı yeməyi 6 saat müddətində həzm etdiyi halda, karbohidratlı yeməklər üçün cəmi 2 saat sərf edir.