Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulacaq. Finalda Portuqaliya ilə İspaniya qarşılaşacaqlar. Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçiriləcək.
Turnirə millimizlə eyni qrupda başlayan Portuqaliya finala qədər inamla irəliləyib. Portəgizlər qrupdan lider kimi çıxdıqdan sonra həlledici oyuna kimi Avstriya (5:0) və Hollandiyanı (2:0) “quru” hesabla yolundan kənarlaşdırıb.
İspaniya da mötəbər yarışa yaxşı start verərək finala kimi irəliləyə bilib. Qrupdan çıxdıqdan sonra İngiltərə (1:0) və Almaniyanı (2:1) məğlub edən yeniyetmə “buğalar” nəhayət yarışın ən güclüsü olmaq üçün qonşuları ilə “savaçacaqlar”.
17 yaşlılar arasında Avropa çempionatı
Final
21 may
20:00. Portuqaliya – İspaniya
8-ci km qəsəbə stadionu