Bu tıxac artıq 70 ildir davam edir

Belçikanın şimalında kiçik bir meşədə artıq 70 ildir açılmayan bir tıxac var.
 Burada bir-birinin arxasınca düzülən yüzlərlə avtomobil artıq bir əsrə yaxındır ki, “ölümə” məhkum edilib. Bu “maşın ölüxanası”nın necə yarandığını isə dəqiq bilən yoxdur. Deyilənlərə görə, avtomobillər buraya II Dünya müharibəsi zamanı amerikalı əsgərlər tərəfindən gətirilib. Maşınları ölkədən çıxara bilməyən əsgərlər onları nasistlərdən qorumaq üçün bu meşədə gizlədiblər. Ancaq bunun bir əfsanə olduğunu, həmin ərazinin, sadəcə, keçmişdənqalma adi avtomobil məzarlığı olduğunu deyənlər də var. Amma avtomobillərin niyə səliqəli şəkildə bir-birinin arxasınca düzüldüyünü isə hələ açıqlayan olmayıb.