“Bu problemi kompromislər yolu ilə həll etmək lazımdır”

493

“NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərini davam etdirəcək”. Bunu Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rouz-Rout” seminarında qurumun prezidenti Hu Beyli deyib. O bildirib ki, NATO-nun məqsədi tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaqdır: “Birmənalı şəkildə bilmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli mümkün deyil. Bu problemi kompromislər yolu ilə həll etmək lazımdır”.

 

H. Beylinin sözlərinə görə, NATO özü bu prosesdə iştirak etməsə də, qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək: “Biz tərəflər arasında etimadın yaradılmasının vacib hesab edirik”.