“Bu, Molla Nəsrəddinlə bağlı hazırladığı üçüncü heykəl olacaq”

321

Belçikanın Sxarbek bölgəsində Molla Nəsrəddinə heykəl qoyulacaq. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türklərin çoxluq təşkil etdiyi həmin bölgədə qoyulacaq heykəlin müəlllifi heykəltəraş Mətin Yurdanur olacaq. Onun sözlərinə görə, heykəlin qoyulacağı yer böyük deyil və o, bürüncdən hazırlanacaq. M. Yurdanur qeyd edib ki, heykəl iki-üç ay ərzində hazır olacaq və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Sivrihisar bələdiyyəyinin hədiyyəsi olaraq Belçikaya göndəriləcək. Heykəltəraş qeyd edib ki, Molla Nəsrəddin xalq filosofudur və həmşəhərlisidir: “Bu, Molla Nəsrəddinlə bağlı hazırladığı üçüncü heykəl olacaq. Bunlardan birincisi 1979-cu ildə hazırladığım heykəl Ankaradadır. İkincisi isə Sivirhasarın girişindədir. Onu da 1985-ci ildə Molla Nəsrəddinin ölümünün 700-cü ildönümü ilə əlaqədar hazırlamışdım. Belçikada qoyulacq heykəl sayca üçüncü heykəlim olacaq”.