Bu məsələdə “xırdaçılıq” etməyə dəyər

400

Kommunal ödəniş, gündəlik alış-veriş zamanı xırda pulların itirilməsinə göz yumuruq. Bəzilərimiz göz yumuruq, bəzilərimiz isə bellə pullara əhəmiyyət vermirik və bəzən də bizdən asılı olmadan əlimizdən alınır. Necə deyələr, xırdaçılıq etmirik. Amma belə hallar ailə büdcəsinə az da olsa ziyan vurur. Bölgələrdə kommunal ödənişləri demək olar ki, əhalinin yarıdan çoxu poçt və filiallarda edilər. Məsələn, deyək ki, stasionar ev telefonu üçün aylıq ödəniş 2 manat 85 qəpik, elektrik enerji ödənişi üzrə 19 manat 41 qəpik, maye qazın sərfiyyatı üçün 43 manat 90 qəpik ödəniş etməliyik. Ödəniş zamanı sizdən bunu yuvarlaq şəkildə, yəni telefon üçün 3 manat, elektrik enerjisi üçün 19 manat 50 qəpik, mavi yanacaq üçün isə 44 manat alırlar. Bu ödənişdə siz 34 qəpik, yəni bir çörəyin pulunu itirmiş olursunuz. Təkcə bununla da bitmir. Marketlərdə alış-veriş zamanı da xırdaçılıq olar düşüncəsi ilə qalıq pulumuzu tələb etmirik. Amma əksi olanda, yəni marketdə alış-veriş zamanı 5 qəpiyimiz çatmayanda istədiyimizi vermirlər.
Almadığımız, istəmədiyimiz qəpiklər ay sonunda xeyli pul edir. Necə deyərlər, bu məsələdə “xırdaçılıq” etməyə dəyər.
Pərviz Əliyev, Ağdaş