Bu gündən ixtisas seçimi başlanır

49

Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) “İki sahil”ə verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.