Bu gün “Qarabağ”ın rəqibləri müəyyənləşəcək

668

Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.

Turnirin qrup mərhələsinə vəsiqə qazanan iştirakçılar arasında Azərbaycan çempionu “Qarabağ” da var.
Ağdam klubu UEFA reytinqinə əsasən, ən zəiflərin yer aldığı 4-cü səbətdə qərarlaşıb. Bu isə püşkatma zamanı təmsilçimizin daha güclü klubların yer aldığı 1, 2 və 3-cü səbətlərdəki komandalara rəqib olacağından xəbər verir.
Qeyd edək ki, 48 klub hərəsində 4 komanda olmaq şərtilə 12 qrupa bölünəcək.

Qeyd edek ki, Ağdamın “Qarabağ” komandası avqustun 28-də futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” klubu ilə qarşılaşıb.
Ensxede şəhərindəki “Tvente” stadionunda keçirilən görüşü italiyalı baş hakim Paolo Silvio Mazzoleni idarə edib.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində, 37-ci dəqiqədə Hollandiya təmsilçisinin heyətində Luk Castaynos fərqlənib. Qarşılaşmanın 52-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu M.Muarem hesabı bərabərləşdirib.
Bu komandalar arasındakı Bakıda ilk oyun heç-heçə (0:0) başa çatmışdı.