Bu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında III tura yekun vurulacaq. Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində 3-cü matçına çıxacaq. UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Ostrava şəhərində Çexiya ilə qarşılaşacaq. Millimizin yer aldığı qrupda Almaniya Şimali İrlandiyanı, Norveç isə San Marinonu qəbul edəcək. Turun son oyun günündə həmçinin E və F qruplarında da görüşlər keçiriləcək.
11 oktyabr
C qrupu
22:45. Çexiya – Azərbaycan
22:45. Almaniya – Şimali İrlandiya
22:45. Norveç – San Marino
E qrupu
20:00. Qazaxıstan – Rumıniya
22:45. Danimarka – Monteneqro
22:45. Polşa – Ermənistan
F qrupu
22:45. Slovakiya – Şotlandiya
22:45. Sloveniya – İngiltərə
22:45. Litva – Malta