Bu gün final olacaq: “Qarabağ” – “Zirə”

68

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək. Final oyununda son çempion “Qarabağ”la bürünc mükafatçı “Zirə” üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə qarşılaşacaqlar. “Qartallar” “köhlən atlar”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cü olacaq.