Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılır

0
414

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq. Monakoda baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə Avropanın ən güclü 32 komandası iştirak edəcək. Bu komandalar hərəsində 4 klub olmaqla 8 qrupa bölünəcək. 32 iştirakçıdan 22-si birbaşa, 10-u isə pley-offdan qrupa yüksəlib. Artıq bu komandalar 4 səbətə ayrılıb.
Çempionlar Liqası
Qrup mərhələsi
I səbət
“Real” (İspaniya), “Barselona” (İspaniya), “Lester” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya)
II səbət
“Atletiko” (İspaniya), “Borussiya” D (Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Porto” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Almaniya)
III səbət
“Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Lion” (Fransa), PSV (Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” M (Almaniya)
IV səbət
“Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), “Dinamo” (Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya).
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 13-14-də start veriləcək.