Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürür

0
384

Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürəcək. Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.

 

8 qrupda çıxış edəcək iştirakçılar iki gün ərzində ilk turun qarşılaşmalarında üz-üzə gələcək. Bu gün A, B, C və D qruplarında, sabah isə digər “dördlük”lərdə mübarizə start götürəcək.

 

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürəcək. Burada təmsil olunan 17 ölkədən 7-si ilk matç günündə qarşılaşmalara ev sahibliyi edəcək.

 

Sabah yalnız İngiltərədə iki oyun baş tutacaq. Bunlardan biri Azərbaycan çempionu “Qarabağ”ın iştirakı ilə keçiriləcək. Təmsilçimiz debütdə “Çelsi” ilə üz-üzə gələcək. Eyni vaxtda “Mançester Yunayted” “Bazel”i sınağa çəkəcək.

 

“Qarabağ”ın yer aldığı C qrupunun digər matçında “Atletiko” ilə “Roma” görüşəcək. Proqnozlara görə ikinci yerə iddia edəcək bu komandalar vacib xallar üçün mübarizə aparacaq.

 

Günün mərkəzi oyunu isə D qrupunda keçiriləcək. “Barselona” və “Yuventus” nəhənglərin savaşında münasibətlərini aydınlaşdıracaq. Əslində, bu cütü turun matçı da hesab etmək olar.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

 

12 sentyabr

 

A qrupu

22:45. “Benfika” (Portuqaliya) – MOİK (Rusiya)

22:45. “Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə)

 

B qrupu

22:45. “Bavariya” (Almaniya) – “Anderlext” (Belçika)

22:45. “Seltik” (Şotlandiya) – PSJ (Fransa)

 

C qrupu

22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

22:45. “Roma” (İtaliya) – “Atletiko” (İspaniya)

 

D qrupu

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

22:45. “Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya)