Bu gün bələdiyyə seçkiləridir

0
240

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb, 19:00-da başa çatacaq.
Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edir.
Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək. Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müçahidə edəcək.
Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.