Bu gün Azərbaycan Premyer Liqasının IX turuna yekun vurulur

33

Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Sabah”ı qəbul edəcək. 15 xala malik əyalət təmsilçisi “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Rusiyalı Murad Musayevi baş məşqçi postuna təyin edən paytaxt klubu 4 xalla sonuncu – 8-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də “qırmızı-qaralar”, 5-də isə qonaqlar meydanı 3 xalla tərk edib, 2 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində “Sabah”ın minimal üstünlüyü var – 14:13. “Qəbələ” son iki qarşılaşmada rəqibinə 2 qol vurub və uduzmayıb. “Sabah”ın səfərdəki son üç görüşündə ən azı 3 qol qeydə alınıb.

Turun son matçında “Sumqayıt” klubu “Səbail”lə üz-üzə gələcək. “Gənclik şəhəri” təmsilçisi 8 xalla 6-cı, “dənizçilər” isə 9 xalla 5-cı yerdədir. Əvvəlki 15 oyunun 7-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıbsa, 2 görüş də heçə-heçə yekunlaşıb. Topların fərqində də “Sumqayıt” üstündür – 15:13. azərtac