Bu gün Azərbaycan Premyer Liqasının ikinci turuna start verilir

45

Bu gün keçiriləcək iki oyun ilə futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.

Günün ilk matçında “Qəbələ” komandası “Keşlə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matçı baş hakim Rəşad Əhmədov idarə edəcək. Görüş saat 18:00-da başlayacaq.

Günün son görüşündə “Sabah” komandası “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.

Hesabında 3 xal olan “Sumqayıt” və “Səbail” komandaları turnir cədvəlinin ilk iki pilləsində yer alıblar. “Qəbələ”, “Zirə”, “Neftçi” və “Qarabağ” klublarının hesabında 1 xal var. “Sabah” və “Keşlə” isə ilk turda məğlub olublar.