Bu gün Ahıllar Günüdür

0
364

BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. Burada məqsəd cəmiyyətin diqqətinin ahılların problemlərinin həllinə yönəldilməsi, ahıllara diqqət və qayğının artırılmasıdır.

Hər il 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır.

Beynəlxalq Ahıllar Günü ölkədə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır.