Bu görüş mədəniyyət tariximizə qızıl hərflərlə yazılacaq

499

Bu gün Azərbaycanda yeni mədəniyyət müəssisələri, konsert salonları inşa edilir, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir. Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü və bu tədbirdən sonra atılan addımlar  bir daha sübut edir ki, dövlətimizin bu sahəyə diqqət və qayğısı prioritet istiqamətlərdən biridir. Həmin görüş, eləcə də görüşdən sonra görülən işlər mədəniyyət və incəsənət xadimlərinin yaddaşına necə həkk olunub? Bu sualla bir neçə tanınmış sənətkara  müraciət etdik.

Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Kazım Abdullayev:

– Həmin görüş məndə də xoş təəssüratlar oyatdı. Bilirsinizmi, bu, çox önəmli görüş idi. Orada səsləndirilən hər bir təklif ürəyimcə oldu. Onlardan biri haqqında danışmaq istəyirəm. Məsələn, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Hacı İsmayılov bildirdi ki, Ulu Öndər dəfələrlə bizim teatrda olub, tamaşalardan sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb. Bu görüşlər yaradıcı heyətə böyük yaradıcılıq stimulu verib. Odur ki, həmkarım Hacı İsmayılov Prezident İlham Əliyevi də teatrımıza dəvət etdi.

Şübhəsiz, dövlətimizin başçısı  bu arzumuzu da reallaşdıracaq və hazırda repertuarımızda olan tamaşalardan birini izləyəcək, eləcə də tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edib öz fikirlərini bildirəcək. O günü səbirsizliklə gözləyirik.

Yeri gəlmişkən, həmin görüşdən sonra Prezidentimiz teatrların inkişafı ilə bağlı Sərəncam imzaladı. Üstəlik, dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırıldı.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev:

– Şübhəsiz, ölkəmizdə mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında, eləcə də ədəbi-ictimai fikrin formalaşmasında yaradıcı kollektivlərin rolu əvəzsizdir. Elə bu mühüm amilləri nəzərə alan Prezident İlham Əliyev həmin görüşdən bir neçə gün keçmiş “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da imzaladı. Həmin sənədə əsasən, Azərbaycan Yazıçılar Birliyinə, Azərbaycan Bəstəkarlar İttifaqına, Azərbaycan Rəssamlar İttifaqına, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, Azərbaycan Memarlar İttifaqına, Azərbaycan Teatr Xadimləri İttifaqına və Azərbaycan Aşıqlar Birliyinə də vəsait ayrıldı. Hesab edirəm ki, bu Sərəncam yaradıcılıq ittifaqlarının və birliklərinin gələcək fəaliyyətlərini stimullaşdırmaq üçün geniş imkanlar açacaq. Buna görə dövlət başçımıza bir daha təşəkkürümü bildirirəm.

 Təbii ki, bu kimi addımlar martın 1-də keçirilən həmin görüşün belə demək mümkündürsə, məhsuludur. Bu mənada mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşü Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılacaq bir hadisə kimi dəyərləndirirəm.

Sənətşünaslıq doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə:

– Əslində belə görüşlər ölkə başçısının xalqa nə qədər yaxın olduğunu bir daha göstərir. Bəli, cənab Prezident ölkəmiz, həyata keçirilən siyasətimiz, həmçinin üzləşdikləri problemlər haqqında məhz vətəndaşlarımızın dilindən eşitməyə üstünlük verir. Bununla da dövlətimizin başçısı respublikamızda xalq-iqtidar birliyini əyani şəkildə nümayiş etdirir. Görüşdə cənab Prezidentin qaldırılan məsələlərin müsbət həll edilməsinə necə münasibət bildirdiyinin şahidi olduq.

Bir alim kimi məni narahat edən bir məsələdən də söz açmaq istəyirəm. Cənab İlham Əliyev çıxışında bildirdi ki, 2004-cü ildən etibarən klassik əsərlərimiz, bədii ədəbiyyat latın qrafikalı Azərbaycan əlifbası ilə yenidən nəşr olunub. Təbii, bu, çox gözəl bir işdir.  Amma müşahidələrimə əsasən, qeyd etmək istəyirəm ki, həmin bədii ədəbiyyatın bəzilərində problemlər var. Məsələn, XVII əsrin görkəmli Azərbaycan şairi, Füzuli ədəbi məktəbinin görkəmli davamçısı Qövsi Təbrizinin şeirlərindən bəzi misralar çıxarılıb. Böyük şairimiz klassik ədəbiyyatda az təsadüf edilən musiqar adlı çalğı alətimizi vəsf edib, amma yeni nəşrdə bu yoxdur. Odur ki, bununla bağlı 1958-ci ildəki əski nəşrə müraciət etmək məcburiyyətində oluruq. Bu da Ali Attestasiya Komissiyasının  əsasnaməsinə ziddir. Çünki elmi işlər yazılarkən son 10-15 ilin kitablarına üstünlük verilir. Yəni demək istəyirəm ki, Prezidentin göstərişləri qüsursuz yerinə yetirilməlidir.

Digər tərəfdən, böyük türkoloq alim, akademik Məmməd Arifin də əsərləri 1968-ci ildən sonra işıq üzü görməyib. Niyə M.Arifin əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunmur? Məgər bununla bağlı ayrıca Sərəncam olmalıdır?

Kinorejissor, ssenarist Elşən Zeynallı:

– Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev milli kinematoqrafiyanın inkişafına da böyük qayğı göstərir. Bunun nəticəsidir ki, son illər dövlət sifarişi ilə çəkilmiş filmlərimiz dünyanın nüfuzlu festivallarının mükafatlarını qazanıb.

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə bütün sənət adamlarına ruh yüksəkliyi verdi.

Unutmayaq ki, mədəniyyətsiz heç bir ölkə inkişaf edə, eləcə də dünya miqyasında tanına bilməz. Çünki millətin ruhu, yaşantıları, milli məfkurəsi onun mədəniyyətində təzahür edir. Digər tərəfdən, Şərqlə Qərbin qovuşuğunda yerləşən və bu səbəbdən hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmiş mədəniyyətimizin təbliği milli tanıtıma, dövlətçiliyə, diplomatiyaya xidmət edir. Onu da qeyd etmək yerinə düşərdi ki, son illər milli mədəniyyətimizin dünyada təbliği istiqamətində aparılan məqsədyönlü siyasət ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanınmasında əhəmiyyətli rol oynayır. Bu məsələdə kinonun xüsusi yeri var. Zənnimcə, martın 1-də Prezident İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamaqla milli kinematoqrafiyamızın yeni mərhələyə qədəm qoymasına da öz növbəti töhfəsini verdi.

Qvami Məhəbbətoğlu, “İki sahil” Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş

Bölmədən digər xəbərlər

Mədəniyyət Nazirliyi müsabiqə elan edib 
 15 mart 2019 20:34

Rus model qürub çağı çılpaq fotoları ilə 
 15 mart 2019 18:09

Bədii film ssenariləri müsabiqəsi elan olunub 
 15 mart 2019 14:45

“Siz vannaya uzanmasaydınız…” Afətdən Floraya sərt cavab – VİDEO 
 15 mart 2019 11:25

“Gözəl bədən, gözəl ayaqlar…” – FOTO 
 15 mart 2019 11:15

“YARAT” Müasir İncəsənət Məkanı bu ilin ilk səyyar sərgi sərgisini Qaxda açıb 
 14 mart 2019 18:47

Redaktorun seçimi

Narazı cəmiyyət və Paşinyanın dəvəquşu pozası

Aprelin 1-də Ermənistanda qazın qiyməti bahalaşacaq

Dünyanın ən bahalı şəkilləri – FOTO

“Azəriqaz” Bakının bəzi rayonlarında qazın kəsilməsinin səbəbini açıqlayıb

İşğaldan azad olumuş Şıxarx qəsəbəsində Novruz şənliyiƏN ÇOX OXUNANALAR

Müğənnidən şok sözlər: “Ən azı bir dəfə yolunu azırsan…”

Əfv sərəncamının icrası başa çatıb

Ronaldo het-triklərinin sayına görə Messiyə çatıb

Evli cütlüklər eyni otaqda yatmamalıdır, çünki…

Yaz aylarında immuniteti gücləndirən