Bu dünyadan bir yolçu kimi keçib…

0
534

“Filankəsin uşağı olmurdu, kasıblara pul payladı, acları doyurdu, Allah da ona övlad verdi”.

Hamımız bu cür söhbətləri az eşitməmişik. Demirik ki, doğru deyil, əlbəttə, Allah-Təala bəndəsinin duasını eşidir və ona ən gözəl şəkildə qarşılıq verir. Amma bu heç də o demək deyil ki, Allah-Təala bu dünyada hər övlad istəyənə övlad, sərvət istəyənə sərvət verəcək. Məsələnin mahiyyəti, işin ana nöqtəsi bilirsinizmi nədir? – İslam dini “aldım qoz, satdım qoz” düşüncəsi deyil, ƏBƏDİ SƏADƏT TƏLİMİdir. Əgər bir insan hər şeyi ölümə qədər hesablayırsa, yəni ölümün o üzünü düşünmürsə, deməli, ona nə övladın, nə sərvətin, nə də tutduğu məqamın faydası var. Beləsi sadəcə mənəvi kordur, vəssalam. Əlbəttə, sən Allahına yalvaracaqsan, Ondan bir şey istəyəcəksən, amma Allah-Təala da sənin istəyinə necə qarşılıq verəcək, buna da razı olacaqsan. İslam dini insana öyrədir ki, ömür dediyin çox uzun bir yoldur və yaşadığımız bu dünya həyatı onun kiçik, həm də çox kiçik bir mərhələsidir. Uca dinimiz bizi o uzun yola hazırlayır. Əmin olun ki, bu dünya həyatında xoşbəxt kimi görünüb, o uzun yolda bədbəxtliyə düçar olan milyonlar, milyardlar var. Ona da əmin olun ki, bu dünyadan bir qonaq, bir kirayəçi, bir yolçu kimi keçib, o uzun yolun xoşbəxt yolçusu olan milyonlar var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here