Bu dəfə “dəmir at”ı ilə ölkəmizi dolaşdı

86

Mingəçevir sakini Abid İsmayılov təqaüddə olan pedaqoqdur və təqaüdə çıxdığı vaxtdan velosipedlə dünyanın fərqli bölgələrinə səyahət edir. Artıq 10 ildir ki,  o bu missiyanı yerinə yetirir.

72 yaşlı Abid İsmayılov bu günlərdə növbəti səyahətdən qayıdıb. Bu dəfə o, pandemiya səbəbindən müxtəlif dövlətləriə deyil, ölkəmizin dilbər güşələrinə səyahət edib.  Belə ki, bu ilin may ayının 28-dən səfərə çıxan və 55 gün səyahətdə olan Abid İsmayılov bu günlərdə Mingəçevirə qayıdıb.

Abid İsmayılov bizimlə söhbətində bildirdi ki, indiyədək Rusiya,Türkiyə, İran, Gürcüstan səfərlərində olub. Amma ən böyük arzusu “dəmir at”ı ilə Avropaya baş çəkməkdir. Dediyinə görə,  gün ərzində  70-80 km yol qət edir. Əvvəllər şəkər və yüksək təyziqdən əziyyət çəkən müsahibimiz vurğuladı ki, artıq bunların heç birindən gileylənmir. Yəni səyahətlər nəticəsində onlar sanki yoxa çıxıb. Onun fikrincə, heç bir dərman vasistəsindən istifadə etmədən idmanla və pəhrizlə sağlamlığı qorumaq mümkündür.

Esmira Hidayətova, Mingəçevir