Bu barədə düşünməyə dəyər

0
210

Mingəçevirdə  parkların  oturacaqlarında gecələyən, səfil həyatı yaşayan Abdullayevlər ailəsini sığınacaqlara yerləşdirilməsi vacibdir. Belə ki, bu ailə bomj həyatı yaşayır. Onların hazırda 4 övladı var. Əqli cəhətdən ər və arvad qüsurlu olduqlarına görə onların onların övladlarından biri Gəncədə, ikisi də Mingəçevirdəki uşaq evində saxlanılır. 6 aylıq  övladları isə öz yanlarında böyüdülür. 40 yaşlı Aidə Abdullayeva deyir ki, o, yenə hamilədir.

 Onunla həmsöhbət olarkən aydın oldu ki, həyat yoldaşı Məhəmməd 110 manat təqaüd alır.  Onlara gündəlik tələbatlarını ödəməkdə əsasən şəhər sakinləri dəstək olurlar.

Səfil həyatına necə düşdüyünü soruşduqda Aidə Abdullayeva əvvəlcə çiyinlərini çəkdi. Az sonra bildirdi ki, imkansız ailədən olduqları üçün anası onu ərə verib. Həyat yoldaşı Məhəmməd Abdullayev də imkansız səfil həyatı yaşayan bir ailənin oğlu olub. Ailənin başçısı hələ uşaqlıqdan oğullarını dilənməyə məcbur edibmiş. Anaları da səfil həyat yaşayıb ötən il dünyasını dəyişib: “Mən parklarda, bağlarda skamyaların üstündə yatıram. Ucqar bağ massivi olan “Şəfa” bağlar massivində balaca daxmamız da var. Amma susuz, qazsız, işıqsız, bir sözlə, heç bir şəraiti olmayan daxmada yaşamaq mümkün deyil. Odur ki, bağlarda, parklarda yaşamağa üstünlük veririk. Elə 6 aylıq körpənu də bu məkanlarda böyüdürük.”

Pandemiyanın tüğyan etdiyi bir zamanda bu ailə heç bir gigiyenik qaydalara əməl edə bilmirlər. Yuyunmaq üçün şəhərin məscidlərinə üz tuturlar. Natəmiz şəraitdə, əlləri, ayaqları çirkli vəziyyətdə uşaq böyüdürlər. Ən dəhşətlisi isə odur ki, bu qadın xəstəxanaya doğum üçün aparılanda çirkin, çirkabın içində olur. O, bu vəziyyətdə həmin yerlərə də xəstəlik sala bilər. Düzdür, xəstəxanadan bildirdilər ki, biz onu burada yuyundurub sonra doğum otağına alırıq: “Amma sonradan o, natəmiz şəraitdə uşaq böyüdür.”

Aidə xanım gələcəkdə həyata gətirəcəyi övladını uşaq evinə vermək istəmir.  Bəs görəsən bu xanım nəyə əsaslanıb bunu deyir? Bu ailə tezliklə  müvafiq müayinələrdən keçməli, müalicə olunmlı, psixoloji reabilitasiyası vacibdir. Çünki onlar natəmiz vəziyyətdə bütün parkların skamyalarında əyləşir. Şübhəsiz, bu da sonradan müəyyən fəsadlara yol aça bilər. Hər halda bu barədə düşünməyə dəyər.

Esmira Hidayətova, Mingəçevir