Braziliya yenə darmadağın oldu

554

Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir. Milli stadionda üçüncü yer uğrunda Braziliya və Hollandiya milli komandaları qarşılaşıblar.

2012-ci ildə istifadəyə verilmiş və 69 min 349 azarkeş tutumuna malik stadionunda keçirilən oyunda Braziliya millisinin heyətində meydana Julio Sezar, Tiyaqo Silva, David Luiz, Paulino, Fernandinio, Oskar, Maksvell, Ramires, Luiz Qustavo, Villian, Jo və Maicon çıxıblar.
Hollandiya yığmasının ilk on birliyində isə Jasper Klessen, Ron Vlaar, Stefab De Vrij, Bruno Martinis İndi, Daley Blind, Robin Van Persi, Vesley Sneyder, Aryen Robben, Dirk Kuyt, Jordi Klasie və Georginio Vijnaldum yer alıblar. Oyun hollandların 3:0 qələbəsi ile başa çatıb.
Oyunu əlcəzairli baş hakim Camel Haimoudi idarə edib. Ona mərakeşli Redouane Açik, əlcəzairli Abdelhak Etçiali və yaponiyalı Yuiçi Nişimura kömək ediblər.
Braziliya – Hollandiya – 0:3
Qollar: Van Persi, 2 (pen); Blind, 17; Veynaldum, 90+1