Braziliya polisi Argentina millisinin dörd futbolçusunu oyun zamanı həbs edib

30

Avqustun 5-də Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Braziliya seçməsinin qonağı olub.

Matçın dördüncü dəqiqəsində Braziliya hüquq mühafizə orqanları Argentina millisinin 4 oyunçusunu həbs eləmək üçün stadionun daxil olublar. Belə ki, İngiltərədən Braziliyaya gələn – Emiliano Buendia, Emiliano Martinez, Christian Romero və Giovanni Lo Celso həbs edilib. Buna səbəb isə hər dörd futbolçunun 14 günlük karantində qalmamaqları olub.

Həbsdən dərhal sonra bütün Argentina heyəti soyunub geyinmə otağına yollanıb və matçı təxirə salınıb. azərtac