Belçika Braziliyanı evə yolladı

405

DÇ-2018 davam edir. Dünən mundialda 1/4 final oyunlarına start verilib.

Əvvəlcə Fransa ilə Uruqvay münasibətlərinə aydınlıq gətirib. 1/8 finalda Portuqaliya yığmasını yolundan kənarlaşdıran cənubi amerikalılar növbəti avropalı rəqibini məğlub etmək əzmində idi. Lakin turnirin favoritlərindən olan fransızlar Edinson Kavanisiz Uruqvayı çətinlik çəkmədən məğlubiyyətə uğradıblar.

Günün ikinci oyunu da Cənubi Amerika – Avropa qarşıdurması olub.

“Kazan Arena”da keçirilən oyunun 13-cü dəqiqəsində hesab açılıb. Braziliyalı futbolçu Fernandino avtoqolla yadda qalıb. Görüşün 31-ci dəqiqəsində Belçika millisinin üzvü Kevin De Breyne hesab arasındakı fərqi artırıb. Görüşün ilk hissəsi Belçika millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Serbiyalı baş hakim Milorad Maziçin idarə etdiyi oyunun ikinci hissəsinə Braziliya millisi daha fəal başlayıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Renato Auqusto fərqlənərək hesab arasındakı fərqi azaldıb. Görüşün sonunadək komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.

Beləliklə, görüşdə Belçika millisi 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və Fransa yığmasına rəqib olub.

Xatırladaq ki, Belçika yığması bu görüşə qədər 23 oyunda məğlub olmayıb. Son 15 oyunda məğlubiyyətlə üzləşməyən Braziliya millisi isə qapısında cəmi üç qol görüb.

Dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.

Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

 

Bununla da Belçika ilə Fransa yarımfinalda üz-üzə gələcək.

 

DÇ-2018

1/4 final

6 iyul

 

Braziliya – Belçika – 1:2
Qollar: Renato Auqusto, 76 – Fernandinyo, 13 (avtoqol); Kevin De Bruyne, 31

Sarı vərəqələr: Fernandinyo, 85 – Tobi Alderveyreld, 48; Tomas Meunier, 71

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena

Braziliya: 1. Alisson Beker, 2. Tiaqo Silva, 3. Miranda (k), 9. Qabriel Jezuş (7. Duqlas Kosta, 58), 10. Neymar, 11. Filip Koutinyo, 12. Marselo, 15. Paulinyo (8. Renato Auqusto, 73), 17. Fernandinyo, 19. Villian (20. Firmino, 46), 22. Faqner

Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 6. Felipe Luis, 13. Markinyos, 18. Fred, 21. Tayson, 14. Danilo (zədəli), 5. Kasemiro (cəzalı)

Baş məşqçi: Tite

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku (17. Turi Tilemans, 87), 10. Eden Azar (k), 15. Tomas Meunier, 22. Naser Şadli (3. Tomas Vermalen, 83)

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 11. Yannik Karrasko, 14. Dris Mertens, 16. Torqan Azar, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Mişi Batşuayi, 23. Leander Dendonker

Baş məşqçi: Roberto Martines

 

Uruqvay – Fransa – 0:2

Qollar: Rafael Varan, 40; Antuan Qrizmann, 61

Sarı vərəqələr: Rodriqo Bentankur, 38; Kristian Rodriges, 69 – Lukas Ernandes, 33; Kilian Mbappe, 69

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Mariya Ximenes, 3. Dieqo Qodin (k.), 6. Rodriqo Bentankur (18. Maksimiliano Qomes, 59), 8. Naytan Nandes (20. Conatan Urretabiskayya, 73), 9. Luis Suares, 11. Kristian Stuani (7. Kristian Rodriges, 59), 14. Lukas Torreyra, 15. Matias Vesino, 17. Dieqo Laksalt, 22. Martin Kaseres

Ehtiyat oyunçular: 12. Martin Kampanya, 23. Martin Silva, 4. Gilyermo Varela, 5. Karlos Sançes, 10. Corcian de Arraskaeta, 13. Qaston Silva, 16. Maksimilyano Perreyra, 19. Sebastyan Koates, 21. Edinson Kavani (zədəli)

Baş məşqçi: Oskar Tabares

Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann (18. Nabil Fekir, 90+3), 9. Olivye Jiru, 10. Kilian Mbappe (11. Usman Dembele, 88), 12. Korentin Tolisso (15. Stiven Nzonzi, 80), 13. Nqolo Kante, 21. Lukas Ernandes

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Alfons Areola, 3. Prenel Kimpembe, 8. Toma Lemar, 17. Adil Rami, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 14. Blez Matuidi (cəzalı)

Baş məşqçi: Didye Deşam