Braziliya çempionata qələbə ilə başladı

631

Braziliyanın San-Pauludakı “Korintians” stadionunda start götürən futbol üzrə dünya çempionatının açılış oyunu keçirilib.  “A” qrupu çərçivəsində Braziliya və Xorvatiya yığmaları qarşılaşıb.
Yaponiyalı baş hakim Yuiti Nisimuranın idarə etdiyi oyun Braziliya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə Braziliya millisinin heyətində Neymar dubl edib, Oskar isə fərqlənib. Braziliyalı futbolçu Mareselo isə avtoqolla yadda qalıb.

Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts da olub. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxlayacaq. Bu da səbəbsiz deyil. Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.