Braziliya və Kolumbiya ¼  finalda

630

Braziliyada təşkil olunmuş futbol üzrə XX dünya çempionatında səkkizdəbir final mərhələsinin ilk oyunu keçirilirb

brrİyunun 28-də Belu Orizonti şəhərindəki “Mineyran” stadionunda Braziliya və Çili yığmaları qarşılaşıblar.Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib. Baş hakim Hovard Uebə Mixael Mullarkey və Darren Kann kömək edirlər.
Bakı vaxtı ilə saat 21:00-dabaşlayangörüşün 90 dəqiqəsində sonraqalibmüəyyənləşməyib – 1:1. Əlavə vaxtda da qol olmayınca, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Braziliya millisi 1/4 finala adlayan ilk komanda olub.

 

Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən oyunda ise Kolumbiya millisi Uruqvay yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Kolumbiyalı Xames Rodriges qarşılaşmanın 28-ci və 50-ci dəqiqələrində rəqib qapısından iki top keçirib. Gənc yarımmüdafiəçi bununla XX dünya çempionatında dörd matçda beş dəfə fərqlənməklə qol sayına görə mundialın məhsuldar futbolçuları siyahısına başçılıq edir.
Qarşılaşmanı niderlandlı baş hakim Byorn Kuipers idarə edib.
Kolumbiya millisi dörddəbir finalda Braziliya yığması ilə qarşılaşacaqdır.