“Boz qurdlar” forumun qalibi olub

683

Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin, “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun, Mingəçevir şəhər Gənclər Evinin dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı və Mingəçevir şəhər N.Nərmanov adına 1 sayılı orta məktəbin ev sahibliyi ilə keçirilən “Mingəçevir Gənclərin Regional Debat Forumu:Heydər Əliyev Kuboku 2017” yekunlaşıb. Forumda 12 komanda 36 gənc iştirak edib.

Gənclər “İslam həmrəyliyinin gücləndirilməsi Beynəlxalq terrorizmə qarşi effektiv mübarizənin vacib resursudur” mövzusunda “Təsdiq” və “İnkar” tərəfdən debatlar aparıblar. Forumun ilk günü finala qədər olan mərhələlər yekunlaşıb. İkinci günü isə “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib.

Final Milli Debat Programının Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadənin sədrlik etdiyi Samir Şükürov və Faiq Şükürovdan ibarət hakimlər həyəti tərəfindən idarə olunub. Finalda Mingəçevir Dövlət Universitetinin “Boz qurdlar” və “Dejavu” komandaları mübarizələr aparıblar. Sonda daha uğurlu çıxış edən “Boz qurdlar” forumun qalibi olub. Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifa edilməsi ilə açıq elan olunun forumda çıxış edən Milli Debat Programının Regional Mərkəzlər üzrə meneceri Etiram Sadıqzadə forum iştirakçılarına Milli Debat Programının gördüyü işlərdən və qazandığı uğurlardan danışıb. Daha sonra çıxış edən Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev gənclərə uğurlar arzulayaraq, forumun “Heydər Əliyev Kuboku” adlandırımasının əhəmiyyətinə toxunub. O, ümummilli lider Heydər Əliyevin gənclər sahəsində həyata keçirdiyi siyasətdən danışıb.  Mingəçevir Tibb Kolleci Debat Klubunun fəallarından olan Songül Məmmədova ümummilli lider Heydər Əliyevin gənclər sahəsində gördüyü işlərdən söz açıb. Mingəçevir Regional Debat Mərkəzinin sədr müavini Samir Şükürov mərkəzin gələcək fəaliyyətindan danışıb.

Tədbirin sonunda qalib komandaya kubok, qalib-finalçı və ən yaxşı natiqlərə medal, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir