Böyükxanım Əliyeva mükafatlandırıldı

0
595

Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Böyükxanım Əliyeva 70 illik yubileyi münasibətilə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə mükafatlandırılmışdır.
Məlumat üçün bildiririk ki, Lənkəran Dövlət Dram Teatrının akrtisası, Xalq artisti Əliyeva Böyükxanım Həsənbala qızı 1945-ci ildə anadan olmuşdur. O, ömrünün 42 ildən artıq bir dövrünün sənətə həsr etmişdir.
B. Əliyeva 1969-1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində ali təhsil almışdır.
1973-cü ildən bu günədək Lənkəran Dövlət Dram Teatrinda aktrisa kimi çalışan B.Əliyeva bu teatrın səhnəsində 100-dən çox obrazlar yaratmışdır. Onun Gültəkini (“Aydın”, C.Cabbarlı), Rəfiqəsi (“Alov” M.Hüseyn), Təhminəsi (“Təhminə və Zaur”, Anar), Bəyimi (“Anar fəryadı”, M.Əliyev), Nihalı (“Yağışdan sonra”,B.Vahabzadə), Anası (“Ləyaqət”, H.Mirələmov), İokastası (“Şah Edip”, Sofokl), Ambrası (“Dəmir sinif”, A.Nikolai), Süsənbəri (“Pənah xan Cavanşir”, H.Mirələmov), Bənövşəsi (“Kəndli qızı”, M.İbrahimov) aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Teatr sahəsində səmərəli fəaliyyətinə görə Böyükxanım Əliyeva 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artist” fəxri adlarına layiq görülmüşdür.
Hazırda Lənkəran Dövlət Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa gənc aktyor nəslinin yetişməsində böyük rol oynayır.