Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

53

Böyük Britaniya Müstəqillik Günündə Ukraynaya 63 milyon dollardan (54 milyon funt-sterlinq) çox yeni hərbi yardım paketi ayırıb.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

Bu yardıma əsasən Ukrayna xüsusi olaraq şəhər və kəndlərdə istifadə üçün nəzərdə tutulmuş 850 “Black Hornet” əl mikrodronunu alacaq. Onlar düşmən qüvvələrinin yaxınlaşmasını aşkar etmək üçün nəzərdə tutulub.

Dronlar cib telefonundan kiçikdir, onlar canlı video ötürür və hərəkətsiz şəkillər çəkir.

Eyni zamanda, Britaniya sularda minaların axtarışı üçün Ukraynaya nəqliyyat vasitələri ötürməyə hazırlaşır. Yaxın həftələrdə Böyük Britaniya Ukrayna hərbçilərinə xüsusi təlimlər keçirəcək. azərtac