“Boyarışnik” içkisindən ölənlərin sayı 76-ya çatıb

431

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnik” içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatıb. apa-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

“Son iki gün ərzində xəstəxanaya metil spirtindən zəhərlənmə əlaməti ilə 2 nəfər daxil olub. Onlardan biri ölüb. Beləliklə, zəhərlənmə qurbanlarının sayı 76 nəfərə çatıb”, məlumatda bildirilir.

Məlumata görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 18 nəfər stasionar müalicədədir.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 16 nəfər saxlanılıb.