“Borcları birdəfəlik bağışlamaq olmaz”

0
419

Azərbaycanda ötən il istehlak kreditlərinin real azalması 2,35 mlrd. manat təşkil edib, 4,2 mlrd. manat istehlak kreditlərinin 1,2 mlrd. manatı restrukturizasiya olunub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib: “Biz vəziyyəti tənzimləməliyik. Borcları birdəfəlik bağışlamaq olmaz, çünki həmin kreditlərdə insanların əmanətləri var. Kreditlərin qaytarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir”.

“2016-cı ildə istehlak kreditləri 20% azalıb. Bu, nominal azalmadır. Real azalma isə daha çoxdur. Çünki xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasından əvvəl portfelin yarısı xarici valyutada olub. Real azalma 2,35 mlrd. manat təşkil edib və 4,2 mlrd. manatlıq istehlak kredit portfelinin 1,2 mlrd. manatı restrukturizasiya olunub. Bu, könüllü aparılıb”, – deyə Palatanın rəhbəri əlavə edib. report

“Biz hər dəfə banklara izah edirik ki, insanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiniz. Hər bir bank ictimai etimad və nüfuza əsaslanmalıdır, etimad bərpa olunmalıdır”, – deyə R.Aslanlı vurğulayıb. report